Türkiyə dənizində dəhşətli yanğın - ÖLƏNLƏR VAR
Nəqliyyat və İnfrastruktur Nazirliyi Mərmərə dənizindəki Sedef adası sahillərində üzərkən maşın otağında yanğın baş verən quru yük gəmisində 2 nəfərin öldüyünü bildirib.
Ajans.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada, Yalovadan Bolqarıstana üzərkən maşın otağında yanğın baş verən 104 metr uzunluğundakı "FG SEVIL" adlı quru yük gəmisi üçün "KEGM-4 sürətli xilasetmə (can xilasetmə) gəmisi Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus "Xilasetmə Qayığı"ndan istifadə edildiyi qeyd edilib. Bildirilib ki, 7 və "Şark" gəmiləri dərhal hadisə yerinə yönəldilib.
Açıqlamada müdaxilə nəticəsində yanğının tamamilə söndürüldüyü qeyd edilərək, “Gəminin maşın otağında olan 2 yaralının vəfat etdiyi barədə bizə məlumat verilib. Gəmi lövbərə çəkiləcək” ifadələrindən istifadə olunub.
Qeyd edək ki, vəfat edən iki şəxs Hüseyn Aydemir və Gökhan Kan olub.