Tuneldə avtobus yandı, tıxac yarandı

Gündəm
13-11-2024 - 16:05
Türkiyənin Dolmabağça tunelində hərəkətdə olan avtobusun motorunda yanğın çıxıb.
Ajans.az xəbər verir ki, qısa müddətdə alışan avtobusun dumanı bütün tuneli bürüyüb. Buna görə də yolda sıxlıq yaranıb və tunel uzun müddət bağlı qalıb. Yanğın söndürüldükdən sonra yol yenidən nəqliyyata açılıb.