Trampın qalmaqallı qərarına Kremldən REAKSİYA

Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.
Ajans.az bildirir ki, Rusiya prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyevin ABŞ-a mühüm səfər etdiyinə diqqət çəkən Peskov, danışıqlarda Ukraynaya zəmanət verilməsi ilə bağlı detalların hazırkı mərhələdə paylaşılmayacağını bildirib.
ABŞ-nin İrana qarşı sərt ritorikasını şərh edən Peskov deyib:
"Hazırda ABŞ-la münasibətlərimizi bərpa etməyə çalışırıq, lakin İran həm də dərin əlaqələrimiz olan tərəfdaşımız və müttəfiqimizdir".
Peskov ABŞ-ın bir çox ölkəyə qarşı elan etdiyi tariflərə gəlincə, Rusiyanın ABŞ ilə heç bir ticarət əlaqəsi olmadığı üçün sözügedən ölkələr arasında olmadığını qeyd edib.
Tariflərə görə dünyada təlatümlər yaşandığını deyən Peskov qeyd edib:
"ABŞ-nin tariflərinin Rusiyaya fayda verməsi ehtimalı azdır. Qlobal iqtisadiyyat bu qərarlara çox emosional reaksiya verir. Beynəlxalq bazarlarda yüksək səviyyədə burulğanın şahidi oluruq və təbii ki, dünya iqtisadiyyatı hazırda təlatüm içindədir".