Bu banklar bağlana bilər?- AÇIQLAMA

Bu banklar bağlana bilər?-
BANK
İqtisadiyyat 14-04-2025 - 16:43
 2132

Məlum olduğu kimi, son illər Azərbaycanda bağlanan bankların sayı artıb.

Son 4 il ərzində ümumilikdə 7 bankın lisenziyası ləğv olunub. Bəs görəsən, 2025-ci ildə hansı bankları bağlanma təhlükəsi gözləyir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Ajans.az"a açıqlamasında bildirib ki, bu mövzuda hansısa bankın adını çəkmək düzgün deyil:

‘’Çünki bu, həmin bank üçün təhlükə yarada bilər. Ancaq hazırda hər hansı bir bankın ağır vəziyyətdə olması ilə bağlı fakt yoxdur. Yəni bu il ərzində heç bir bankın bağlanması gözlənilmir. Ola bilsin ki, bəzi banklar birləşsin. Lakin bağlanma ehtimalı olan bank yoxdur. Hazırkı dövrdə güclü banklarla yanaşı, zəif banklar da var.

Ölkədə sistem əhəmiyyətli 3-4 bank mövcuddur və onların bağlanması mümkün deyil. Digər bankların isə prinsip etibarilə vəziyyəti pisləşərsə, müəyyən risklər yarana bilər. Nəzərə almaq lazımdır ki, vəziyyət dəyişə bilər. Dünyadakı iqtisadi proseslər və valyuta məzənnəsindəki dəyişikliklər bank sektorunun vəziyyətinə təsir göstərə və istiqamətini dəyişdirə bilər’’.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: