Azərbaycanda neft emalı 12%-dən çox azalıb

İqtisadiyyat
14-04-2025 - 13:50
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1,4 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 12,5% azalma deməkdir.
Ajans.az APA-ya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-mart aylarında isə Azərbaycanda 1,6 mln. ton neft emal edilib.
Xatırladaq ki, ötən il Azərbaycanda 5,8 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 10,8% azdır.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
Oxşar xəbərlər
Məmurların maaşlarının və pensiyaların iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq
İqtisadiyyat11:48 / 24-04-25
"Kapital Bank" beynəlxalq arenada: Bank Özbəkistanın ən böyük İT ekosistemi ilə tərəfdaş oldu
İqtisadiyyat09:31 / 23-04-25