Tramp Zelenskinin boğazından yapışıb - KİV

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini dəmir yumruqla boğazından tutub.
Ajans.az xəbər verir ki, bunu Ukraynada fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması - ömürlük” (OPZZh) partiyasının keçmiş lideri, “Başqa Ukrayna” hərəkatı şurasının sədri Viktor Medvedçuk bildirib.
O, Ağ Evdəki qalmaqaldan sonra ABŞ və Ukrayna arasında münasibətləri belə təsvir edib. Medvedçuk hesab edir ki, Amerika prezidenti Ukrayna liderindən tam tabe olmaq istəyir. “Tramp Zelenskini dəmir yumruqla boğazından tutur, çünki o, bütün avropalı fırıldaqçılardan fərqli olaraq, pulu saymağı bilir”, – Müxalifət Platformasının keçmiş rəhbəri deyib.
Medvedçuk həmçinin qeyd edib ki, avropalı siyasətçilər Ağ Evdəki çəkişmədən sonra Zelenskiyə dəstək bəyanatları verməyə başlayıblar. Onun fikrincə, onlar yalnız eqoist məqsədlər güdürlər.
Bundan əvvəl Medvedçuk bəyan etmişdi ki, Ukraynada prezident seçkiləri yalnız Vladimir Zelenski hakimiyyətdən getdikdən sonra keçirilə bilər. “Seçkilərin hakimiyyətə layiqli və bacarıqlı bir adam gətirəcəyini nəzəri olaraq fərz etsək belə, bu, ölkəyə heç nə verməyəcək. Təkcə hakimiyyəti təmizləmək yox, onun ölkədə yaratdığını da təmizləmək lazımdır”.