Tramp Zelenski barədə dediklərini təkzib etdi

Tramp Zelenski barədə
Gündəm 28-02-2025 - 08:50

ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə Baş nazir Kir Starmerlə keçirdiyi mətbuat konfransında jurnalistlərdən birinin sualına qəribə münasibət bildirib.

Ajans.az  xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Belə ki, jurnalist Trampdan Ukrayna Prezidenti Volodimir Zelenskini hələ də “diktator” hesab edib-etmədiyini soruşub. Tramp suala belə cavab verib:

“Bunu mən demişəm? Bunu dediyimə inana bilmirəm. Növbəti sual”.

Qeyd edək ki, Tramp bir neçə gün öncə özünün sahibi olduğu “Truth” sosial şəbəkəsində Zelenski barədə “diktator” ifadəsini işlədib və qeyd edib ki, o, ölkəsində seçkilərin keçirilməsini istəmir. Urnalistin sualını təkzib etsə də həmin paylaşım Trampın sosial şəbəkə hesabında hələ də qalmaqdadır.

Həmin paylaşımı bird aha təqdim edirik:

PAYLAŞ: