Tramp Putinlə bu tarixdə DANIŞACAQ

ABŞ prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə yeni danışıq aparacağını bildirib.
Ajans.az xəbər verir ki, onun sözlərini Reuters xəbər verir.
“Mən çərşənbə axşamı prezident Putinlə danışacam. Həftə sonu çox iş görüldü", - deyə, Amerika lideri bildirib.
Tramp əlavə edib ki, danışıqlar zamanı “bu müharibəni bitirməyin mümkün olub-olmadığını görmək” niyyətindədir. Onun sözlərinə görə, hazırda münaqişənin həlli üçün “çox yaxşı şans” var.
ABŞ prezidenti Putinlə danışıqlar zamanı ərazilər və atom elektrik stansiyalarına nəzarət məsələsinin qaldırılacağını da açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.