Tramp plastik çöpləri geri qaytardı

Tramp plastik çöpləri
Tramp
Dünya 11-02-2025 - 10:15

ABŞ Prezidenti Donald Tramp ölkədə içkilər üçün nəzərdə tutulan kağız çöplər əvəzinə yenidən plastik çöplərdən istifadəyə imkan verən fərman imzalayıb.

Ajans.az xəbər verir ki, Tramp bununla bağlı instaqram hesabında da paylaşım edib.

“Plastik çöplərə geri dönürük”, - deyə ABŞ lideri paylaşımında qeyd edib. 

O, bundan əvvəl məsələ ilə bağlı açıqlamasında kağız çöplərin istifadəsinin narahat olduğunu demişdi. Trampın sözlərinə görə, bu materialdan olan çöplər içkinin içərisində əriyərək həzzi sağ qalmaq uğrunda mübarizəyə çevirir. 

ABŞ liderinin bu qərarı ətraf mühit mühafizəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

PAYLAŞ: