Tramp Kiyevlə əlaqələri kəsmək istəyir: Hətta onları da işdən ÇIXARDI

Tramp Kiyevlə əlaqələri kəsmək istəyir:
Tramp
Siyasət 25-01-2025 - 11:23

ABŞ prezidenti Donald Tramp Kiyevlə istənilən əlaqələri kəsməyə çalışır. Ona görə də Ukrayna ilə bağlı məmurları işdən çıxarıb.

Ajans.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski Telegram kanalında bildirib.

Parlamentarinin sözlərinə görə, Tramp “Ukrayna” məsələlərinə cavabdeh olan şəxsləri işdən çıxarmaqla bir neçə problemi eyni vaxtda həll edir. Birincisi, o, Kiyevə silah tədarükünü kəsir. Amerika liderinin bu cür qərarlarına görə Ukrayna artıq Vaşinqtona təsir edə bilən “dərin dövlət”lə əlaqə saxlamır.

İkincisi, Tramp informasiya sızmasının qarşısını alır. Bunun sayəsində gələcəkdə Ukraynada audit aparmaq mümkün olacaq, Dubinski əmindir.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Trampın hərəkətləri barədə danışıb. O qeyd edib ki, ABŞ-nin hazırkı prezidenti öz sələfi Co Baydenin səhvlərini düzəltməli olacaq. Eyni zamanda, Rusiya xarici işlər naziri ilə Amerikanın dövlət katibi Marko Rubio arasında əlaqənin mümkünlüyü hələlik müzakirə edilməyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: