Tramp Kiyev səfərini təxirə saldı
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə və Avropanın digər paytaxtlarına öncədən elan olunmuş səfərini siyasətçinin yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər təxirə salıb.
Ajans.az xəbər verir ki, bu barədə dörd məlumatlı mənbəyə istinadən “Reuters” məlumat verib.
Kelloqun komandası həmçinin Roma və Paris də daxil olmaqla digər Avropa paytaxtlarında rəsmilərlə görüşlər təşkil edib. Səfərin hansı səbəbdən təxirə salındığı məlum deyil.
Dekabrda Trampın ABŞ-nin Ukrayna üzrə gələcək xüsusi elçisi Keyt Kelloq deyib ki, Minsk razılaşmaları “pis şəkildə iflasa uğrayıb” və ona görə də Tramp bu vəziyyətin təkrarlanmasına imkan verməyəcək. Onun sözlərinə görə, Ağ Evin yeni rəhbəri Moskva və Kiyev arasında ədalətli və uzunmüddətli sülhü təmin edəcək razılaşmalara nail olmaq istəyir.