Tramp gömrük rüsumlarını 50 faizədək artırdı

Gündəm
11-03-2025 - 19:53
ABŞ Kanada məhsullarına yeni tariflər tətbiq edib.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
Belə ki, martın 12-dən Kanadadan gətirilən məhsullara tətbiq olunan 25 faizlik gömrük rüsumları 50 faizədək artırılır.
Tramp bu qərarın Kanada hakimiyyətinin ABŞ-yə verilən elektrik enerjisinə tariflər tətbiq etməsinə cavab olaraq verildiyini vurğulayıb.