İmişlidəki qəzada yaralanan məktəbli Bakıda müalicə alır

İmişlidəki qəzada yaralanan məktəbli Bakıda
müalicə
Gündəm 21-01-2025 - 14:52

İmişlidə baş verən qəzada yaralanan məktəbli Məhbubə Əlizadə Yeni Klinikada müalicə olunur. 

Ajans.az xəbər verir ki, bu barədə İmişli - Saatlı seçki dairəsindən deputatseçilmiş Səyyad Salahlı məlumat yayıb.

S.Salahlı paylaşımında bildirib ki, məktəblinin atası Səbuhi Əlizadə ilə birlikdə getdiyi klinikada azyaşlının müalicə prosesi ilə maraqlanıb.

Xatırladaq ki, yanvarın 18-də xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində baş verən qəzada 2 məktəbli vəfat edib, 2-si isə ağır xəsarət alıb. 

PAYLAŞ: