Tramp fövqəladə vəziyyət ELAN ETDİ
ABŞ prezidenti Donald Tramp enerji hasilatını artırmaq üçün Milli Enerji Fövqəladə Vəziyyəti elan edib və enerji layihələri üçün icazə tələblərini yüngülləşdirməyə qərar verib.
Ajans.az xəbər verir ki, bu barədə NY Times məlumat verib.
ABŞ prezidenti Donald Tramp enerji hasilatını artırmaq üçün Milli Enerji Fövqəladə vəziyyət elan edib. Tramp vəzifəyə gəldiyi ilk gündə bir çox sərəncam imzalayıb.
Bu kontekstdə Tramp enerji layihələri üçün icazə tələblərini asanlaşdıracaq və elektrik stansiyalarının tikintisini sürətləndirəcək Milli Enerji Fövqəladə Halının elan edilməsi haqqında fərmanı da imzalayıb. Ağ Evin dərc etdiyi fərmanda ABŞ-nin enerji istehsalı, nəqli, emalı və istehsalının qeyri-kafi olmasının ölkə iqtisadiyyatı, milli təhlükəsizlik və xarici siyasət üçün “fövqəladə” təhlükə yaratdığı vurğulanıb.
Alyaskanın təbii sərvət potensialının üzə çıxarılmasını nəzərdə tutan fərmanı da imzalayan Tramp, ABŞ-nin keçmiş prezidenti Co Baydenin qüvvəyə mindirdiyi ABŞ ərazi sularının böyük bir hissəsində neft və təbii qaz qazmalarını qadağan edən fərmanı ləğv edib. Tramp, həmçinin Bayden administrasiyasının bütün yeni avtomobil satışlarının yarısının 2030-cu ilə qədər sıfır emissiyalı avtomobillər olmasını və 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmağı hədəfləyən icra sərəncamlarını ləğv edib.