Toyda qonağı döyərək öldürdü - Həbs olundu
Rusiya məhkəməsi öz toyunda qonağı döyərək öldürən 33 yaşlı Omsk sakinini 4 il müddətinə azadlıqdan məhrum edib.
Ajans.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Omsk vilayətinin prokurorluğu məlumat verib.
Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi (“Qəsdən sağlamlığa ağır zərər vurma, insan həyatı üçün təhlükəli və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma”) ilə təqsirli bilinib. O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.
Məhkəmə müəyyən edib ki, hər şey mayın 19-u axşam saatlarında baş verib. Məhkum Omskdakı restoranlardan birində öz toyunda iştirak edərkən qonaqlardan birinin qarnına və kürəyinə bir neçə zərbə vurub.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilsə də, sağ qalmayıb.