Tovuzda 62 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma APARILIR

Tovuzda 62 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma
zəhərlənmə
Cəmiyyət 19-12-2024 - 15:37

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır. 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Ajans.az-n sorğusuna cavab olaraq bildirilib. 

Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.

PAYLAŞ: