Torontoda qəzaya uğrayan təyyarənin sərnişinlərinə KOMPENSASİYA - MƏBLƏĞ

Kanadanın Toronto şəhərində qəzaya uğrayan Delta Air Lines təyyarəsinin sərnişinlərinin hər birinə 30 min dollar ödəniləcək.
Ajans.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Nəşr insanların bu pulu necə ala biləcəyini dəqiqləşdirmir. Lakin məlumdur ki, 76 sərnişinin hamısı aviaşirkətin təklifindən yararlansa, o, ümumilikdə təxminən 2,3 milyon dollar ödəməli olacaq.
Bombardier CRJ-900 təyyarəsi güclü külək və qar fırtınası zamanı Torontoda sərt eniş edib, şassisi tərs çevirib və qanadını itirib. Təyyarədə 80 nəfər olub, onların hamısı sağ qalmağı bacarıb. 15-18 nəfər yaralanıb. Hadisə digər təyyarənin pilotları tərəfindən pilot kabinəsindən videoya çəkilib.