Təyyarə havaya qalxdıqdan dərhal sonra qəza siqnalı VERDİ - Nə baş verir?
İrlandiyanın aşağı büdcəli Ryanair aviaşirkətinin təyyarəsi səmada qəza siqnalı elan edib.
Ajans.az xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb.
Yanvarın 24-də Boeing 737-800 sərnişin təyyarəsi Rumıniyanın paytaxtı Buxarestdən Fransanın Marsel şəhərinə uçurdu. Havaya qalxdıqdan dərhal sonra pilotlar qəza siqnalı veriblər. (“Mayday – red). Siqnal kokpitdə olan tüstülənmə səbəbindən baş verib.
Nəticədə təxminən 450 metr yüksəklikdə təyyarə qalxmağı dayandırıb. Təyyarə yola düşdükdən 15 dəqiqə sonra sağ-salamat uçuş hava limanına qayıdıb.