Terror aktını törədənlər hansı ölkədən gəlib? - VİDEO

Terror aktını törədənlər hansı ölkədən gəlib? -
terrorist
Dünya 25-10-2024 - 14:32

TAI şəhərciyində törədilən terror aktı ilə bağlı prezident Ərdoğan açıqlama verib.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Bu terror hücumunun Suriyadan sızma hərəkatı olaraq inkişaf etdiyini xüsusi olaraq öyrəndik. 40 fərqli nöqtədə əməliyyatlar aparıldı”, - deyə, prezident bildirib.

Türk Aerokosmik Sənayesi Anonim Şirkəti (TAI) obyektlərinə edilən terror hücumu ilə bağlı qiymətləndirmələr edən prezident Ərdoğan diqqətçəkən açıqlamalar verib. TAİ şəhərciyində törədilən terror aktından sonra bütün gecə 40 fərqli nöqtədə əməliyyatlar aparıldığını bildirən Ərdoğan, “Bütün təhlükəsizlik qüvvələrimiz dərhal terrorçulara müdaxilə edərək, hücumu həyata keçirən qadın terrorçunu çox qısa müddətdə zərərsizləşdirdi. Terrorçu özünü öldürdü, xüsusi olaraq öyrəndik ki, bu, bir infiltrasiya hərəkatı olaraq inkişaf etmişdir. Bu məqsədlə gecə boyu 40 müxtəlif məntəqədə əməliyyatlar aparılıb. Aydındır ki, terrorçular bu əməliyyatlar vasitəsilə çox ağır bədəl ödəyirlər” ifadələrini işlədib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: