Təcili xəstəxanaya yerləşdirilən Pakistan prezidentinin xəstəliyi məlum oldu

Gündəm
03-04-2025 - 08:27
Pakistan prezidenti Asif Əli Zərdari COVID-19-a yoluxub.
Ajans.az xəbər verir ki, bu barədə Pakistan mediası Zərdarinin həkimi Asim Hüseynə istinadən məlumat yayıb.
Həkimin sözlərinə görə, Zərdarinin COVID-19 testi müsbət nəticə verib və təcrid olunub.
"Prezidentin səhhətinə görə onunla bütün görüşlər qəti qadağandır", - Hüseyn qeyd edib. O əlavə edib ki, həkim briqadası gecə-gündüz prezidentin vəziyyətini izləyir.
Qeyd edək ki, Zərdari dünən təcili olaraq Kəraçi şəhərində xəstəxanaya yerləşdirilmişdi.
Mövzular:
Oxşar xəbərlər
Bakının daxilində “kiçik şəhərcik”: COP29 məkanı sanki “Nuhun gəmisi”nə bənzəyirdi...
Gündəm06:54 / 26-11-24