Vaşinqtonda Fələstinə dəstək - Minlərlə insan toplaşdı

Dünya
06-04-2025 - 12:04
ABŞ-nin paytaxtı Vaşinqtonda minlərlə insan Fələstinə dəstək nümayişi keçirib.
Ajans.az bildirir ki, Vaşinqton polisi aksiya ilə əlaqədar ərazidə geniş təhlükəsizlik tədbirləri görüb, bəzi küçə və prospektləri nəqliyyatın hərəkətinə bağlayıb.
İsrailin Qəzzaya hücumlarına etiraz edən nümayişçilər əllərində Fələstin bayraqları və “Qəzzə yaşasın”, “Qəzzə ölsə, insanlıq olacaq”, “Sionizm ölümə bərabərdir” yazılmış plakatlar və “Fələstinə azadlıq”, “Soyqırıma son”, “Tramp, soyqırımdan gizlənə bilərsən” kimi şüarlar səsləndiriblər.