Tayvanda güclü partlayış - Ölənlər var /VİDEO

Tayvanın qərbindəki Tayçunq şəhərində restoranların birində güclü partlayış baş verib.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 5 nəfər ölüb, 10-a yaxın insan yaralanıb.
İlkin məlumatlara görə, partlayış Şin Konq Mitsukoşi kompleksinin 12-ci mərtəbəsində restoranda qaz balonunun dəyişdirilməsi zamanı baş verib. Lakin polis qeyd edir ki, partlayışın səbəbi hələ də araşdırılır. Hadisə yerində xilasetmə işləri davam edir.