Tanınmış tibb şirkətinin direktoru ÖLÜ TAPILDI

Tanınmış tibb şirkətinin direktoru
Dünya 03-04-2025 - 11:19
 1159

Moskvanın mərkəzindəki Donskaya küçəsində yerləşən “Qala-Optika” iri tibb şirkətinin ofisində onun 59 yaşlı baş direktoru Mixail Mogilevtsev ölü tapılıb.

Ajans.az xəbər verir ki, bu barədə MK yazır.

Nəşrin məlumatına görə, Mogilevtsev aprelin 2-də saat 17:00 radələrində həyat əlamətləri olmadan tapılıb. Ölümün səbəbi güllə yarası olub. Cinayətin ilkin əlamətləri yoxdur.

Qala-Optika saytında verilən məlumata görə, şirkət 1999-cu ildən fəaliyyət göstərir və tibbi avadanlıqlar üçün istehlak materialları və aksessuarlar, o cümlədən kağız, birdəfəlik və təkrar istifadə olunan elektrodlar, yataq monitorları və digər məhsullarla təchiz olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: