Tanınmış politoloq saxlanıldı - SƏBƏB

Tanınmış politoloq saxlanıldı -
Dünya 09-10-2024 - 04:07

Ukrayna məhkəməsi Moldovada saxlanılan rusiyalı politoloq Dmitri Çistilini istintaq təcridxanasına göndərib.

Ajans.az xəbər verir ki, bu barədə "UNİAN" Telegram-da məlumat yayıb. Agentliyin məlumatına görə, o, iki ayı təcridxanada keçirəcək. Politoloqun girov hüququ olmadan həbs edildiyi bildirilir.

Çistilin özü bildirib ki, həbs onun üçün sürpriz olub. Onun sözlərinə görə, hələ də nə baş verdiyini anlamır.

Qeyd edək ki, oktyabrın 8-də Moldovada ikili vətəndaşlığı olan - Rusiya və Ukraynalı politoloq saxlanılıb. Politoloqun dostu İqor Kaldare qeyd edib ki, Çistilin Kişinyova xəstə oğlunu ziyarət etmək üçün gəlib.

PAYLAŞ: