Tanınmış iş adamı FACİƏVİ şəkildə öldü
Türkiyədə "Aydın şosesi" yaxınlığında maşınının təkərini dəyişdirərkən avtomobilin vurması nəticəsində həyatını itirən Mehmet Ali Hakan Pekdemirin ölüm xəbəri yayılıb.
Ajans.az-ın məlumatına görə, qəzadan sonra sürücü saxlanılıb. Aydın şosesi yaxınlığında avtomobilinin təkərini dəyişmək istəyərkən qəza nəticəsində dünyasını dəyişən şəxsin Dənizlidən olan iş adamı Mehmet Ali Hakan Pekdemir olduğu öyrənilib.
Qeyd edək ki, qəza ötən gün axşam saatlarında Aydın-İzmir avtomobil yolunda baş verib. Əldə edilən məlumata görə, Mehmet Ali Hakan Pekdemirin (47) idarə etdiyi 20 AGV 909 nömrə nişanlı yük maşınının təkəri Aydın şossesi pullu kassaların yaxınlığında partlayıb.
Yük maşınını təhlükəsizlik zolağında saxlayaraq təkərini dəyişmək istəyən Pekdemiri SKK (31) idarə etdiyi 35 EZ 604 dövlət nömrə nişanlı avtomobili vurub. Hadisəni görənlər vəziyyəti 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Xəbər üzərinə bölgəyə sağlamlıq və jandarma qrupları sövq edilib. Qısa müddətdə hadisə yerinə gələn sağlamlıq qrupları Pekdemirin öldüyünü müəyyən edib.