Suriya ordusu Hələbdən GERİ ÇƏKİLİR - YENİLƏNDİ
Suriya hakimiyyəti Hələb hava limanını və şəhərə gedən bütün yolları bağlayıb.
Suriya ordusu əks-hücum hazırlamaq üçün qoşunlarını Hələbdən çıxardığını açıqlayıb.
Ajans.az xəbər verir ki, Suriya ordusu müxalifətçilərə qarşı əks-hücum hazırlamaq üçün qoşunların Hələbdən müvəqqəti çıxarılmasını elan edib.
***
Suriya hakimiyyəti Hələb hava limanını və şəhərə gedən bütün yolları bağlayıb.
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” üç hərbi mənbəyə istinadən məlumat yayıb.
Silahlıların Hələbin mərkəzinə çatdıqlarını və şəhərin müxtəlif ərazilərini təmizlədiklərini bildiriblər. Agentlik, həmçinin Rusiyanın Dəməşqə üsyançılarla mübarizə üçün əlavə hərbi yardım vəd etdiyini bildirib. Yeni avadanlıq üç gün ərzində təhvil veriləvək.
Qeyd edək ki, Suriya üsyançıları noyabrın 26-da Hələbə hücuma başlayıblar. Noyabrın 29-da silahlı qüvvələr şəhərə daxil olduqlarını elan etdilər.