Spirtli içkinin təbliğinə görə İTV 3 min manat cərimələnib

Ötən il İctimai Televiziya 3 min manat cərimələnib.
Ajans.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov fevralın 14-də keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, buna səbəb efirdə yayımlanan proqramda spirtli içkinin təbliği olub:
“Bununla bağlı Audiovizual Şuraya vətəndaş şikayət etmişdi”.