SpaceX raketinin qalıqları bu ölkəyə DÜŞDÜ

Çərşənbə günü saat 03:30 radələrində Avropanın şimalındakı səma sürətlə hərəkət edən obyekt tərəfindən işıqlandırılıb.
İsveçin Malmö şəhərindən olan işçi Simon Eriksson anı təsvir edərək, "Mən dərhal elmi fantastika filmində qoşunların hücuma keçdiyini düşündüm" sözlərini deyib.
Ajans.az xəbər verir ki, mütəxəssislər bu hadisənin SpaceX-in Falcon 9 raketinin Yer atmosferinə yenidən daxil olması səbəbindən baş verdiyini izah ediblər.
Yerli vaxtla saat 10:00 radələrində Polşanın Komorniki şəhərindəki anbar sahibi Adam Borucki anbarının arxa hissəsində ölçüsü təxminən 1,5 metrə 1 metr olan yanmış çən tapıb. Dağıntıların anbara məxsus işıqlandırma sisteminə də ziyan vurduğu müəyyən edilib.
Borucki vəziyyəti polisə xəbər verib. Polis Polşa Kosmik Agentliyi (Polsa) ilə apardığı araşdırmalarda obyektin İlon Maskın şirkəti olduğu müəyyən edilib. Obyektin SpaceX tərəfindən istehsal edilən Falcon 9 raketinə aid olduğunu müəyyən edib.
"Biz obyektin bura necə düşdüyünü araşdırırıq, amma əsas odur ki, heç kim xəsarət almayıb", - polis sözçüsü Anjey Borowiak deyib. Polşa polisi oxşar dağıntıların Viri kəndi yaxınlığındakı meşədə tapıldığını bildirib.
Polsa təsdiqləyib ki, "Falcon 9 raketinin ikinci mərhələsi 19 fevral 2025-ci il saat 04:46 ilə 04:48 arasında Polşa üzərində nəzarətsiz şəkildə atmosferə daxil olub".
SpaceX-in Falcon 9 raketi insanları və yükləri kosmosa daşımaq üçün istifadə edilən təkrar istifadə edilə bilən sistem kimi nəzərdə tutulub. Lakin bu dəfə gözlənilməz hadisə baş verib. Fevralın 1-də ABŞ-nin Kaliforniya ştatındakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılan raket nəzarətli şəkildə atmosferə yenidən daxil olmalı və Sakit okeana düşməli idi.