Sinvarın ölümü planlı deyildi - İsrail ordusu

Sinvarın ölümü planlı deyildi -
HƏMAS
Siyasət 25-10-2024 - 14:14

HƏMAS lideri Yəhya Sinvarın Qəzzada məhv edilməsi əvvəlcədən planlaşdırılan əməliyyat deyil.

Ajans.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sözlərinə görə, Sinvarı öldürən 450-ci Briqada birliyinin də bu ərazidə olması əvvəlcədən planlaşdırılmayıb. Halevi "Onlar kimə atəş açdıqlarını bilmirdilər" ifadələrini işlədib.

"Bununla belə, hadisə təsadüfən baş vermədi. Bu, metodik iş idi. Bu, həm də regional komandanlığın nəticəsidir. Bayram ayı ərzində (ənənəvi yəhudi bayramları demək olar ki, bu payızın bütün oktyabr ayı davam etdi – red) əraziyə operativ nəzarəti saxlayaraq, daha çox qoşun yeridildi”, - qərargah rəisi bildirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: