Şimali Koreya hərəkətə keçdi: Raketlər buraxıldı - Nə baş VERİR?

Şimali Koreya bir anda bir neçə ballistik raket buraxıb.
Ajans.az xəbər verir ki, bu barədə bazar ertəsi, martın 10-da Cənubi Koreya ordusuna istinadən Yonhap xəbər agentliyi məlumat yayıb.
"Birləşmiş Qərargah Rəisləri çoxlu naməlum ballistik raketlər aşkar etdiklərini söylədi", - agentliyin açıqlamasında deyilir.
Qeyd olunur ki, Şimali Koreya raketləri KXDR-in Xvanxae vilayətindən Sarı dəniz istiqamətində atılıb.
Bundan əvvəl, martın 10-da ABŞ və Cənubi Koreya genişmiqyaslı “Azadlıq Qalxanı” təlimlərinə başlayıb. Şimali Koreya Xarici İşlər Nazirliyi bu cür hərəkətləri Koreya yarımadasında “atmosferi qızışdıran aqressiv müharibənin məşqi” adlandırıb.
Xatırladaq ki, bu il yanvarın sonunda Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) KXDR ordusunun sualtı qayıqların yerləşdirilməsi üçün nəzərdə tutulmuş strateji qanadlı raketi uğurla sınaqdan keçirməsi barədə məlumat vermişdi. Döyüş başlıqlarının orta uçuş sürətinin saatda 720 km olduğu dəqiqləşdirilib.