Silahlı basqında 20 nəfər ÖLDÜRÜLDÜ
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədənində silahlılar azı 20 nəfəri öldürüb.
Ajans.az xəbər verir ki, bu barədə Pakistan aidiyyatı qurumları məlumat verib. Hücumçular cümə günü səhər sübh saatlarında vilayətin Duki rayonunda “Junaid Coal Company” mədənlərində işçilərin yaşadığı yerlərə basqın edərək adamları toplayıb və atəş açıb. Dukidəki xəstəxana 20 cəsəd qəbul edib və altı yaralıya müalicə olunur. Polislərin sözlərinə görə, işçilər ağır silahlarla, o cümlədən raket və qumbaraatanlarla hücuma məruz qalıb. Hücum edənlər mədəndəki texnikanı da yandırıblar.
Hələlik heç bir qrup qətllərə görə dərhal məsuliyyəti üzərinə götürməyib, lakin keçmişdə separatçı Bəluc Azadlıq Ordusu (BLA) əyalətdə bir neçə ölümcül hücum həyata keçirib.