Sərnişin və yük qatarlarının sürət həddi endirildi - DİQQƏT

Sərnişin və yük qatarlarının sürət həddi endirildi -
ADY
Cəmiyyət 08-02-2025 - 09:48

ADY paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.

Bu barədə Ajans.az-a ADY-dən bildirilib.

Bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.

Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik.

Qeyd edək ki, yük qatarlarının da sürət həddi qeyri-sabit hava şəraitinə uyğun olaraq tənzimlənir.

PAYLAŞ: