Sərnişin uçuş zamanı qəfil öldü - ŞOK
Rusiyanın Ural Hava Yolları aviaşirkətinin sərnişini uçuş zamanı sağ çıxa bilməyib.
Ajans.az xəbər verir ki, bu barədə “İnterfaks”a aviadaşıyıcının mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, şəxs Moskvadan Çitaya uçan təyyarədə cansız vəziyyətdə tapılıb. Təyyarədə hüquq-mühafizə orqanlarının əməkdaşları və İstintaq Komitəsinin əməkdaşları araşdırma apardığı üçün geri dönüş reysinin uçuş vaxtı təxirə salınmağa məcbur olub.
Çita hava limanının onlayn şurasının məlumatına görə, uçuş təxminən üç saat gecikib.