Sərnişin müraciət etdi: Qatara baxış keçirildi
"Metronun "Gənclik" stansiyasını qatar tərk edərkən sərnişinlərdən biri qatarda yanğın qoxusunun olması ilə bağlı məlumat verib".
Ajans.az xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O qeyd edib ki, "Nərimanov" stansiyasında qatara baxış keçirilib və heç bir problemin olmadığı müəyyən olunsa da, sərnişinin müraciəti əsasında qatara baxış keçirilib. Hər hansısa bir problem aşkar olunmayıb.