Sərnişin avtobusu yük maşını ilə toqquşdu - Xəsarət alan VAR
Bakı-Xudat avtobusu yük maşını ilə toqquşub.
Ajans.az "unikal"a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində, Bakıdan Xudat istiqamətində sərnişin daşıyan avtobus yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində 1 nəfər sərnişin xəsarət alıb, o, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.
Sərnişin avtobusuna da ciddi ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
View this post on Instagram