Sərnişin avtobusu xəndəyə yuvarlandı - Yaralılar var

Hadisə
28-12-2024 - 08:22
Ərzincanda sərnişin avtobusu xəndəyə aşıb, bölgəyə çoxlu təcili yardım və axtarış-xilasetmə qrupları göndərilib.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qəza ilə bağlı məlumat verən vali Həmzə Aydoğdu, “Hazırda 4 yaralımız var. Cəsəd İstanbuldan gətirilirdi və avtobus yan tərəfdə idi” ifadələrini işlədib. Faktla bağlı araşdırma aparılır.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir