Şəhidimizin yoxluğuna dözə bilməyən Arzunun son ADDIMI: Nakam sevgi
Azərbaycanın qəhrəman şəhidlərindən biri - Vəli Mustafayev sentyabr ayında Qarabağ bölgəsində keçirilmiş lokal xarakterli antiterror tədbirlərində döyüş tapşırığını yerinə yetirərkən Ağdamda şəhid olub.
Ajans.az-ın xəbərinə görə, onun sevgilisi Arzu Oruczadə üçün bu itki həyatın ən ağır yükü olub. Vəliyə olan sonsuz sevgisini itkinin acısı ilə birləşdirən Arzu yaşadığı dünyada onsuz davam edə bilməyəcəyinə qərar verib və Vəlinin şəhidlik zirvəsinə ucaldığı vaxtdan bir müddət sonra özünü öldürüb.
Arzu intihardan öncə yazdığı məktubda onu Vəlinin yanında dəfn etməyi vəsiyyət edib. Sevgisini canından çox sevən gənc qız təkcə fani dünyada deyil, eyni zamanda son mənzilində də Vəliyə qovuşmaq istəyib. İlk olaraq Kürdəxanı qəbiristanlığında dəfn olunsa da, onun bu son arzusu ailəsi tərəfindən yerinə yetirilib və nəşi Ağstafanın Qarahəsənli kəndinə gətirilərək şəhid sevgilisinin yanında dəfn olunub.
Arzunun bu addımı sevginin gücünü, insanın sevdiyi üçün nə qədər böyük fədakarlıq edə biləcəyini göstərir. İndi onların ruhları bir yerdədir; sevginin sədaqətin və itkini qəbullanmanın əbədi abidəsi olaraq eyni məzarlıqda birləşiblər.
Bu iki ürək, fani dünyada ayrılıq yaşasa da, əbədiyyət yolunda birlikdədir...
Fotolar: Baku tv