Səfirlik bağlanıldı, hava hücumu olacaq: NƏ BAŞ VERİR?
İspaniyanın Ukraynadakı səfirliyi bu gün “mümkün böyük hava hücumu” səbəbindən bağlanacaq.
Ajans.az xəbər verir ki, bu barədə EFE məlumat yayıb. Söhbətin hansı hücumdan getdiyi barədə məlumat verilmir.
Bundan əvvəl ABŞ-nin Kiyevdəki səfirliyi noyabrın 20-də Ukrayna paytaxtına kütləvi hava hücumunun hazırlandığı iddia edilən xəbərlər fonunda bağlandığını elan edib. Səfirlik işçilərinin sığınacaqlara göndərildiyi və ABŞ vətəndaşlarına hava təhlükəsi zamanı sığınacaqlara getməyə hazır olmaları tövsiyə edildiyi bildirilir.