Salyanda 6 otaqlı evdə yanğın olub

Hadisə
15-02-2025 - 11:13
Salyan rayonunun Şorsulu kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsində mətbəxin taxtadan ibarət tavanı 7 m² sahədə və bir ədəd soyuducu qismən yanıb.
Ajans.az xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.