Sakit okeanda güclü zəlzələ baş verdi
Sakit okeanda güclü zəlzələ Solomon adalarının şərq hissəsində qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların maqnitudası 5,7-yə çatıb. Zəlzələnin episentri Santa Kruz arxipelaqının sahillərində, Vanikoro adasından 10 kilometr cənubda və Nendo adasından 33 kilometr cənub-şərqdə yerləşib. Epidemiya 48 kilometr dərinlikdə olub.
Ölənlər və infrastruktura dəyən ziyan barədə məlumat verilməyib. Bölgədə sunami təhlükəsi elan olunmayıb.