Şahzadə Harri arvadından boşanıb?
Şahzadə Harri Meqan Markl ilə evliliyinin problemlə üzləşdiyi barədə şayiələri təkzib edib.
Ajans.az xəbər verir ki, cütlüyün tədbirlərə qatılmamağa başlamasından sonra bu söz-söhbətlər şiddətlənib.
“The New York Times”ın DealBook 2024 Sammitində Harri vurğulayıb ki, onun evliliyinə daimi diqqət göstərilməsi məyusedici haldır.
Harri qeyd edib ki, Meqan ilə evliliyi üçün bu qədər səy göstərən internet trollarına “yazığı gəlir”.
İki uşaq atası hətta ondan müsahibə alan “The New York Times”ın köşə yazarı Endryu Ross Sorkindən onun da ictimai söhbətindən sonra şayiələrin qurbanı ola biləcəyinə görə üzr istəyib. Harri deyib ki, o, bu müsahibənin təhrif olunacağına şübhə etmir və “bəlkə də siz özünüz də amansızcasına trollanacaqsınız. Bunun üçün mən ancaq üzr istəyə bilərəm, amma sən məni dəvət etmisən, ona görə də mənim günahım yoxdur” , - deyə zarafat edib.