Sabiq Nazir vəfat etdi
Keçmiş enerji və təbii sərvətlər naziri, Səadət Partiyasının qurucu sədri Recai Kutan 94 yaşında Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Ajans.az xəbər verir ki, Səadət Partiyası Yüksək Məsləhət Şurasının üzvü, İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin (ESAM) sədri Recai Kutan təxminən bir həftə əvvəl Ankarada xəstəxanaya yerləşdirilib. R. Kutan bu gün xəstəxanada dünyasını dəyişib.
Səadət Partiyasının rəsmi X hesabından paylaşılan postda Səadət Partiyasının qurucu sədri Recai Kutanın 94 yaşında dünyasını dəyişdiyi açıqlanıb:
“Səadət Partiyası Qurucu sədrimiz, Ali Məsləhət Şurasının üzvü, ESAM sədri, Möhtərəm Ağsaqqalımız Recai Kutan dünyasını dəyişdi. Millətimizə və camaatımıza başsağlığı verirəm”.