Azərbaycanda yeni rüsumlar müəyyənləşdi

Azərbaycanda yeni rüsumlar
rüsum
Gündəm 07-01-2025 - 16:01

Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşir.

Ajans.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, aşağıdakı rüsumlar müəyyənləşib:

- Arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə - 100 manat;

- Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat;

- Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə - 100 manat;

- Yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə - 50 manat;

- Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə - 100 manat.

PAYLAŞ: