Sabah Tramp-Putin danışığı baş tutacaq

Sabah Tramp-Putin danışığı
Dünya 17-03-2025 - 15:40

Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Ajans.az bildirir ki, ABŞ prezidenti Trampın sabah Rusiya prezidenti Putinlə telefon danışığı olacağına dair açıqlamasını təsdiqləyən Peskov, "Bəli, bu realdır. Çərşənbə axşamı üçün belə bir görüş hazırlanır" deyib. 

Peskov “bu görüşdə hansı məsələlər müzakirə olunacaq?” sualına cavab verməyib.

Amerikanın Səsinin (Amerikanın Səsi) və bəzi media qurumlarının ABŞ-da bağlanmasına münasibət bildirən Peskov, bunların Rusiyada tələb olunmadığını bildirib və “Bu, ABŞ-nin suveren qərarıdır” deyib.  

PAYLAŞ: