Mask qorxulu proqnoz verdi - "Ştatlar dağılacaq"
Qarşıdan gələn prezident seçkilərində Donald Trampa dəstək verən amerikalı sahibkar və ixtiraçı İlon Mask Kamala Harrisin dövlət başçısı seçiləcəyi təqdirdə ştatların dağılacağını proqnozlaşdırıb.
Ajans.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat verib .
Maskın sözlərinə görə, ölkə miqrant axını və birpartiyalı siyasi sistemə keçidlə üzləşəcək.
“Donald Tramp uduzsa, Demokratik Partiya o qədər qeyri-leqalları qanuniləşdirəcək ki, yelləncək ştatları qalmayacaq və Amerika birpartiyalı sosialist ölkəyə çevriləcək”, - Elon yazıb.