Rusiyayönlü hakerlər İtaliyaya hücum edir - ŞOK SƏBƏB

İtaliyada bəzi dövlət qurumlarına məxsus internet saytları rusiyayönlü hakerlərin kiberhücumlarına məruz qalıb.
Ajans.az xəbər verir ki, “Telegram”da rusiyayönlü “NoName057” haker qrupu İtaliyanın Biznes Nazirliyi, Maliyyə Polisi, Daxili İşlər və Maliyyə nazirliklərinin bəzi alt saytlarına hücum edib.
İtaliya prezidenti Sercio Mattarella fevralın 5-də Fransanın Marsel Universitetində fəxri doktorluq dərəcəsi aldığı mərasimdə çıxışı zamanı Ukraynanı işğal etdiyinə görə Rusiyanı nasist Almaniyası ilə müqayisə etdikdən sonra dünən Rusiyayönlü hakerlər bəzi tənqidi təşkilatların saytlarını hədəfə alıblar.
Milan Malpensa hava limanı, Milan Linate hava limanı, Taranto və Trieste limanları, həmçinin İT kimi onlayn sistemlər və Intesa San Paolo bankının internet saytları kiberhücumlara məruz qalıb.
Mattarellanın bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sərt reaksiyasına səbəb olub və Roma ilə Moskva arasında münasibətlər gərginləşib.