Rusiyadan Ukraynalı casusa 12 il HƏBS CƏZASI!

Rusiyadan Ukraynalı casusa 12 il
Dünya 11-10-2024 - 13:51

Zaporojye vilayət məhkəməsi 36 yaşlı Ukrayna vətəndaşı Aleksandr Jukovu casusluq ittihamı ilə ciddi rejimli koloniyada 12 il müddətinə azadlıqdan məhrum edib.

Ajans.az xəbər verir ki, bu barədə Krım Respublikasının prokurorluğu məlumat verib. İstintaq və məhkəmə müəyyən edib ki, həmin şəxs 2022-ci ilin fevralından mart ayına kimi Melitopolda yaşayıb və orada Rusiya Mühafizəsi bölməsinin şəxsi heyətinin yerləşdiyi yerlər barədə məlumat toplayıb.

O, məlumatı messencer vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) əməkdaşına ötürüb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: