Rusiyada üzərində 200 balıqçının olduğu buz qopdu - Video

Rusiyanın Saxalin vilayətində təqribən 200 balıqçı buz parçasının qopması nəticəsində köməksiz qalıb.
Ajans.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.
Bildirilib ki, hazırda Oxot dənizində həmin balıqçıların buz üzərindən xilas edilməsi üzrə əməliyyat həyata keçirilir. Buz parçası ilə sahil arasında 700 metr məsafə var.
Ən son məlumata görə, hələ ki 66 balıqçını xilas etmək mümkün olub. Xilasetmə əməliyyatına “Mi-8” helikopteri cəlb edilib.