Rusiyada təhlükə sovuşdu: Məhdudiyyətlər ARADAN QALXDI
Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako bildirib ki, Volqoqrad hava limanına təyyarələrin gəlişi və buraxılması ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb.
Ajans.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.
Korenyako dəqiqləşdirib ki, tədbirlər Moskva vaxtı ilə saat 8:05-də götürülüb. Təyyarə ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edib.
“Moskva vaxtı ilə saat 08.05-də Volqoqrad hava limanında təyyarələrin qəbulu və buraxılmasına qoyulan məhdudiyyətlər aradan qaldırıldı. Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - deyə, o, qeyd edir.