Rusiya və Ukrayna arasında növbəti GÖRÜŞ

Fevralın 25-də Rusiya və ABŞ nümayəndə heyətləri Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün Səudiyyə Ərəbistanının paytaxtında ikinci görüş keçirəcək.
Ajans.az xəbər verir ki, bu barədə "Die Zeit" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qəzet danışıqlarda kimin iştirak edəcəyini açıqlamayıb. Qəzetin həmsöhbətləri qeyd ediblər ki, görüş fevralın 18-də Ər-Riyadda keçirilən danışıqların “davamı olacaq”. Həmin vaxt Rusiya nümayəndə heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daxil edilib.
Amerika tərəfini dövlət katibi Marko Rubio, Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz təmsil ediblər.